Əsas Səhifə > Güney Press > Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilir
Trampın Ankaradan gizli şəkildə hərbi təyyarə ilə aparıldığı iddia edilirBu gün, 06:47 |
|
ABŞ xüsusi xidmət orqanlarının İran tərəfdarı qrupların mümkün sui-qəsd təhdidi səbəbindən Donald Trampı Ankaradan gizli şəkildə başqa təyyarəyə keçirdiyi iddia olunur. APA xəbər verir ki, “Washington Post“un yazdığına görə, Tramp əvvəlcə kameralar qarşısında köhnə “Air Force One” təyyarəsinə minib, lakin bir neçə dəqiqə sonra aeroportda ərzaq və təchizat daşınması üçün istifadə olunan yük maşını vasitəsilə gizlicə daha kiçik C-32A hərbi təyyarəsinə keçirilib. ABŞ administrasiyası əvvəlcə uçuş zamanı hər hansı dəyişiklik olmadığını açıqlamışdı. Qəzet isə Trampın İran tərəfindən mümkün sui-qəsd təhlükəsi ilə üzləşdiyi barədə məlumatların bu gizli əməliyyata səbəb ola biləcəyini yazır. Geri qayıt |