Əsas Səhifə > Güney Press > “7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…”
“7 yaşınızda Azərbaycan xüsusi xidmət orqanları sizi götürüb…”Bu gün, 18:09 |
|
Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatları arasında ironik müzakirə olub. Globalinfo.az xəbər verir ki, partiyanın deputatı Qarik Sərkisyan partiyadaşı Vilen Qabrielyana müraciətlə bunları deyib: “Bioqrafiyanızda qeyd olunub ki, Sovet Azərbaycanının Bakı şəhərində anadan olmusunuz. Heç azərbaycanlı görmüsünüzmü? Təsəvvür edin, sualı müxalifətdən olan həmkarınız verir: 5, 6, 7 yaşınızda Sovet Azərbaycanının xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş ola bilərsinizmi?” Qabrielyan partiyadaşının müxalifətə istehzasına belə cavab verib: “Əlbəttə, başa düşürəm ki, sualda müəyyən sarkazm var. Bu da o qədər pis deyil. 5-6 yaşımda həmin qurumlar üçün maraq kəsb edə bilməzdim. Güman edirəm ki, azərbaycanlı uşaqlarla oynamışam”. Xatırladaq ki, “Mülki müqavilə” partiyası Vilen Qabrielyanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri vəzifəsinə namizədliyini irəli sürüb. Geri qayıt |