Əsas Səhifə > Güney Press > Hansı universitetlərdə təhsil haqqı azaldılıb?

Hansı universitetlərdə təhsil haqqı azaldılıb?


Bu gün, 17:31

Azərbaycandakı bütün dövlət ali təhsil müəssisələrində dövlət sifarişli yerlərlə yanaşı ödənişli təhsil almaq mümkündür.

Dövlət universitetlərində illik təhsil haqqı ixtisasdan və ali məktəbdən asılı olaraq adətən 1000–6500 manat arasında dəyişir. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə IV ixtisas qrupunda təhsil haqları və plan yerləri məlum olub.

Azərbaycan Tibb Universitetində IV ixtisas qrupu üzrə illik təhsil haqqı 4500-5000 manat arasında dəyişir. Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə 4500 manat müəyyənləşdirilib. Bu göstəricilər ötən tədris ili ilə müqayisədə təhsil haqlarının azaldığını göstərir.

Belə ki, 2025/2026-cı tədris ilində Tibb ixtisasının illik təhsil haqqı 6500 manat olduğu halda, 2026/2027-ci tədris ili üçün 5000 manat müəyyənləşdirilib. Beləliklə, bu ixtisas üzrə illik təhsil haqqı 1500 manat azalıb. Stomatologiya ixtisasında ötən il 6000 manat olan illik təhsil haqqı bu il 4500 manata endirilib.

Bu ixtisas üzrə də ödəniş 1500 manat azalıb. Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisaslarında isə ötən il 5000 manat olan illik təhsil haqqı 2026/2027-ci tədris ili üçün 4500 manat müəyyənləşdirilib.

Bu ixtisaslarda təhsil haqqı ötən illə müqayisədə 500 manat azalıb. Beləliklə, ATU-da ötən il 5000-6500 manat arasında dəyişən illik təhsil haqları yeni tədris ili üçün 4500-5000 manat arasında müəyyənləşdirilib.

Digər universitetlərdə təhsil haqqında azalma tətbiq ediliəcəkmi?

Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, təhsil haqları onsuz da aşağıdır: “Yəni AMİU-da təhsil haqqı 2000-2500 civarındadır. Bizdə təhsil haqqı heç vaxt 4000-6000 manat olmayıb ki, indi endirim olsun.

Çalışırıq ki, təhsil haqqını mümkün qədər ucuz edək və tələbələrimiz ödənişli ixtisaslardan yararlana bilsinlər”. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən isə bildirilib ki, qiymət endimi ilə bağlı dəyişiklik yoxdur.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, UNEC Biznes Məktəbində “Biznesdə süni intellekt”, “Blokçeyn texnologiyalarının idarə edilməsi” ixtisasları 5000 manatdan 4500 manata endirilib.

Azərbaycan Texniki Universitetdən isə təhsil haqqında artım olmadığı, sabit qaldığı bildirilib. Bakı

Ali Neft Məktəbindən isə bildirilib ki, bu ali təhsil ocağında qiymətlərlə bağlı yenilik yoxdur:

“Bizdə təhsə haqqı onsuz da yüksək deyil. Bütün ixtisaslarda Azərbaycan vətəndaşları üçün təhsil haqqı 4500 manat təşkil edir”.

Dillər Universitetində də qiymətlərlə bağlı dəyişiklik olmadığı bildirilib.


Geri qayıt