Əsas Səhifə > Güney Press > Xamenei ilə yeddi saatlıq görüş keçirdim
Xamenei ilə yeddi saatlıq görüş keçirdimBu gün, 17:10 |
|
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə “yeddi saatlıq görüş” keçirdiyini iddia edib. Teleqraf xəbər verir ki, bu barədə o, İran dövlət televiziyasına verdiyi müsahibədə danışıb. Pezeşkian bildirib ki, görüş zamanı ölkənin bütün məsələləri, o cümlədən əhalinin dolanışığı, bazardakı vəziyyət, məşğulluq, mənzil, sanksiyalar və müdafiə barədə müzakirə aparılıb. “Bu söhbətdə Xameneinin ən böyük tövsiyəsi birlik və həmrəylik oldu”, - İran Prezidenti vurğulayıb. Xatırladaq ki, Müctəba Xameneinin mart ayında İranın ali rəhbəri təyin edilməsindən sonra ictimaiyyət arasında görünməyib, heç bir audio və ya video mesajı yayımlamayıb. İndiyədək ona aid olduğu bildirilən mesajlar yalnız yazılı formada ictimaiyyətə təqdim olunub. Müctəba Xameneinin ABŞ və İsrailin fevralın 29-də Tehrana hava hücumu zamanı ağır yaralandığı, bir ayağını itirdiyi, üzünün kəskin zədələndiyi bildirilir. Həmin hücumda onun atası və sələfi Əli Xamenei ölüb. Geri qayıt |