Əsas Səhifə > Güney Press > Məktəblərdə dərslər gec başlaya bilər
Məktəblərdə dərslər gec başlaya bilərBu gün, 17:07 |
|
Azərbaycanda məktəblərdə dərslərin başlama saatının 08:00-dan daha gec vaxta keçirilməsi məsələsi gündəmə gələ bilər. Xüsusilə yeniyetmələrin yuxu rejimi, diqqətinin dərsə yönəlməsi və davamiyyət göstəriciləri baxımından dərslərin daha gec başlamasının müəyyən üstünlükləri olduğu bildirilir.
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, Azərbaycanda dərslərin daha gec saatda başlaması məsələsinin müzakirə olunması mümkündür.
“Yeniyetmələrin yuxu rejimi, diqqəti və dərsə davamiyyəti baxımından daha gec başlama saatının müəyyən üstünlükləri mövcuddur. Bu baxımdan Azərbaycanda da dərslərin başlama vaxtının dəyişdirilməsi məsələsinin müzakirə olunması mümkündür.
F.Hacıyev hesab edir ki, ən optimal variant ilkin mərhələdə pilot layihənin həyata keçirilməsidir.
Ekspert vurğulayıb ki, burada əsas məsələ yalnız dərslərin 08:00-da, yaxud 09:00-da başlaması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd tədris prosesinin şagirdlərin sağlamlığı, psixoloji vəziyyəti və öyrənmə məhsuldarlığı baxımından daha səmərəli təşkil edilməsidir.
Beləliklə, Azərbaycanda məktəblərdə dərslərin başlama saatının gecikdirilməsi gələcəkdə müzakirə oluna biləcək məsələlərdən biridir. Lakin bunun üçün ilk növbədə pilot tətbiqlərin nəticələrinin, şagirdlərin təhsil göstəricilərinin və ümumi rifahının, eləcə də ölkənin mövcud təhsil infrastrukturu və nəqliyyat imkanlarının kompleks şəkildə qiymətləndirilməsi vacibdir. Geri qayıt |