Əsas Səhifə > Güney Press > Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar?
Paşinyanın bu sözündən sonra kim Ermənistandan məhsul alar?Bu gün, 16:20 |
|
“Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları Rusiyaya yerli məhsulların tədarükünə qoyulan məhdudiyyətlərlə bağlı vəziyyəti daha da ağırlaşdırır”. Teleqraf xəbər verir ki, bunu parlamentdəki müxalif “Ermənistan” fraksiyasının deputatı Artur Xaçaturyan jurnalistlərə deyib. Deputat hesab edir ki, bu fonda Paşinyanın Ermənistan balığının keyfiyyət problemləri ilə bağlı açıqlamaları onun digər bazarlara ixracına mənfi təsir göstərə bilər: “Paşinyan Ermənistan balıqlarının keyfiyyət standartlarına cavab vermədiyini açıq şəkildə etiraf etməklə ancaq odun üstünə yağ tökür. Bundan sonra hansı ölkə bizim balıqlarımızı alacaq?”. Ermənistan Baş naziri iyulun 30-da hökumətin iclasında ölkəsində qida keyfiyyəti ilə bağlı problemlərə diqqət çəkib. Paşinyan çıxışı zamanı ölkədə yetişdirilən balığın keyfiyyəti ilə bağlı narahatlığını ifadə edib: “Keyfiyyətlə bağlı problemləri demirəm hələ. Şəxsi təcrübəmi deyim, bəlkə də mübahisələrə səbəb olacaq, amma mən artıq uzun müddətdir yetişdirilən balıqdan istifadə etmirəm, çünki açıq-aşkar problem var. Elə olur, balığa toxunanda görürsən ki, yağı axır. Bunlar diqqət yetirilməli məsələlərdir”. Geri qayıt |