Əsas Səhifə > Güney Press > Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib

Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib


Bu gün, 16:17

Bu ilin ikinci rübündə Gürcüstan ərazisindən xaricə gedən 572 min Gürcüstan vətəndaşı qeydə alınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.
Yeniavaz.com
Gürcüstan Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, xaricə gedən Gürcüstan vətəndaşlarının 388,7 min nəfəri turist kimi səfər edib.
Məlumatda bildirilir ki, səfərlərin əksəriyyəti Türkiyəyə və Ermənistana edilib. Bu ilin ikinci rübündə Türkiyəyə 195,6 min (34,2%), Ermənistana isə 109,8 min (19,2%) Gürcüstan vətəndaşı gedib.
Bundan başqa, hesabat dövründə 112,7 min nəfər (19,7%) Avropa İttifaqı ölkələrinə, 82,9 min nəfər (14,5%) Rusiyaya, 9,7 min nəfər (1,7%) Azərbaycana səfər edib.


Geri qayıt