Əsas Səhifə > Güney Press > Mənzurədən QINAQ ATƏŞİ:

Mənzurədən QINAQ ATƏŞİ:


Bu gün, 13:39

“Bizim vaxtımızda idi e, sənət üçün özümüzü öldürürdük, indikilər belə deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Xəzər axşamı”nda deyib.

Müğənni vaxtilə sənət adamlarının çox əziyyət çəkdiklərini, amma bu gün dövrün dəyişdiyini, hər şeyin asanlaşdığını bildirib:

“Bizim vaxtımızda idi e, özümüzü öldürürdük. Xərc çək, mahnı al, oranjiman etdir… İndi hər şey dəyişib, bu sənət çox asanlaşıb. Onu oradan çıxarırlar, bunu buradan çıxarırlar, artıq mahnı hazırdır. Vaxtilə oxunan və elə indi kiminsə oxuduğu mahnıları rahatlıqla götürüb oxuyurlar. Hər şey çox asanlaşıb. Oranjemana da pul xərcləmək istəmirlər”.


Geri qayıt