Əsas Səhifə > Güney Press > Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb

Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb


Bu gün, 11:30

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.

2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb.

Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt