Bu barədə İqtisadiyyat.az Fövqaladə Hallar Nazirliyindən məlumat əldə edib.
Belə ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti hazırlıqları yekunlaşdırıb.
Məlumata əsasən, 52 ədəd fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.
Tikinti işlərini “Azəri Biznes” şirkəti həyata keçirəcək.
Sözügedən işlərin icrasına 5,2 milyon manat sərf olunacaq.