Əsas Səhifə > Güney Press > Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi

Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi


Bu gün, 11:06

“Uniper Global Commodities SE” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1701647451) ləğv edilir.

"DİA-AZ" xəbər verir ki, ləğv olunma ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 19 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Nümayəndəlik 2014-cü ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Hüseynli Rəşad Vahid oğludur. Şirkətin 4,4 manat vergi borcu var.

Məlumat üçün bildirək ki, "Uniper" əsasən enerji sektorunda fəaliyyət göstərən böyük beynəlxalq şirkətlər qrupudur. "Uniper Global Commodities SE" isə qrupun əsasən enerji ticarəti və təchizatı ilə məşğul olan strukturudur.


Geri qayıt