Əsas Səhifə > Güney Press > “Belə valideynin xoşbəxt övladı olur”
“Belə valideynin xoşbəxt övladı olur”Bu gün, 11:03 |
|
Xalq artisti Aygün Kazımova ötən gün daha bir konsert proqramı ilə çıxış edib. Axşam.az xəbər verir ki, gecədə Pop kraliçanı izləyənlər arasında qızı İlqarə Kazımova da olub. Sənətçi “Karye qlaza” mahnısını ifa edən zaman qızı səhnəyə çıxıb və onlar birlikdə mahnı oxuyublar. Kazımova ona təqdim olunan gül dəstəsini qızına verərək “Bütün güllər, dünya sənin olsun, qızım” sözlərini deyib. Bir-birinin ardınca hitlərini səsləndirən Aygün Kazımovanın konsertində maraqlı anlar da yaşanıb. Gecənin balaca qonaqları qəfildən səhnəyə çıxaraq müğənni ilə foto çəkdirmək istəyiblər. Sənətçi uşaqlara sevgisini ifadə edərək belə deyib: “Biz də uşağıq, nə olsun həyatı çox görmüşük. Daxilimizdəki uşaqlığı qoymayaq böyüsün. Bu dünyada uşaqlara hər şey olar. Xoşbəxt valideynin xoşbəxt övladı olur. Ona görə də birinci biz xoşbəxt olmalıyıq”. Geri qayıt |