Əsas Səhifə > Güney Press > Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi

Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi


Bu gün, 11:02

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Pərviz Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona şərti cəza verilib.


İttihama əsasən, təqsirləndirilən şəxs qayınanası, zərərçəkmiş Ağabəyim Səfərovanı (soyadı şərtidir) sağlamlığına qəsdən ağır zərər vurub.


Belə ki, hadisə bu il Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində baş verib.

Pərviz Qurbanov həmin ünvana gələrək qarşısına çıxan qayınanası ilə mübahisə edib. Mübahisəyə səbəb təqsirləndirilən şəxsin Ağabəyim Səfərovaya arvadı və uşaqlarını ondan ayırmaması ilə bağlı irad bildirməsi olub.

Zərərçəkmiş şəxsin isə buna cavab olaraq “yaxşı etmişəm” məzmununda cavab verməsi Pərvizin hiddətlənməsinə səbəb olub.


Bundan sonra təqsirləndirilən şəxs üzərində olan kustar üsulla hazırlanmış turist bıçağından istifadə edib. O, Ağabəyim Səfərovanın sağlamlığına zərər yetirmək məqsədilə ona iki dəfə bıçaq zərbəsi endirib.


Bıçaq zərbələri nəticəsində zərərçəkmiş şəxsin sol gicgah nahiyəsində deşilmiş-kəsilmiş yara əmələ gəlib.

Həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.


Bundan başqa, Ağabəyim Səfərovanı qarının ön divarında qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara yaranıb. Bu xəsarət nəticəsində qaraciyər və mədə yaralanıb.


Nəticədə Pərviz Qurbanov Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi bildirilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.


Məhkəmədə Pərviz Qurbanov ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib.

O, məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə əsasən, məhkəmədə də hadisənin başvermə şəraitini danışıb.


Geri qayıt