Əsas Səhifə > Güney Press > "Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
"Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"Bu gün, 10:13 |
|
Rəqqasə Fatimə Fətəliyeva anası Səkinə xanımın 77 yaşı münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi anasının videosunu paylaşaraq onun ötən aylarda ağır günlər keçirdiyini və sağalaraq yenidən həyata qayıtmasının ailəsi üçün böyük sevinc olduğunu bildirib: “Canım anam, 77 yaşın mübarək! Bu il sənin doğum günün mənim üçün hər zamankından daha fərqlidir. Çünki sən sadəcə 77 yaşını qeyd etmirsən, həm də böyük bir sınaqdan keçib yenidən həyata qayıtmağını qeyd edirsən. Son üç ayda yaşadığımız o ağır günlərdə səni itirmək qorxusunu ürəyimizdə hiss etdik. Amma Allah səni bizə bağışladı. Sanki yenidən dünyaya gəldin. Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu”. Rəqqasə anasının övladları üçün çəkdiyi əziyyətlərdən və fədakarlıqlarından da söz açıb: “Sən bu 77 ildə çox əziyyət çəkdin, çox zəhmət çəkdin, övladlarını böyütdün, gecəni gündüzə qatdın. Bizim üçün öz rahatlığından, arzularından keçdin. Sənin çəkdiyin zəhmətləri, etdiyin fədakarlıqları heç bir sözlə tam ifadə etmək mümkün deyil. Bu gün bəlkə əvvəlki kimi tam sağlam deyilsən, amma Allaha min şükür ki, o ağır günləri geridə qoymusan. Əsas odur ki, yanımızdasan, nəfəsin var, səsini eşidirik, səni qucaqlaya bilirik”. Fatimə paylaşımının sonunda anasına arzularını dilə gətirib: “Allah sənə bundan sonra uzun, sakit, ağrısız və gözəl ömür versin. Hər yeni yaşın sənə sağlamlıq, rahatlıq və sevinc gətirsin. Səni bizə çox görməsin. 77 yaşın mübarək, mənim əziz anam, Səkinə xanım! Sən bizim üçün sadəcə ana deyilsən, evimizin duası, bərəkəti, dayağısan. Səni çox sevirəm. Allah səni başımızın üstündən əskik etməsin”. Geri qayıt |