Əsas Səhifə > Güney Press / Partiya > "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..."
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..."Bu gün, 07:39 |
|
"Son 20-25 ildə dünyada ən çox manipulyativ mövzulardan biri “iqlim dəyişikliyi” idi – insan övladının ekologiyaya vurduğu ziyanı araşdırıb qarşısını almaqdansa, ekoloji problemləri həll etməkdənsə, dünyanı idarə edənlər insanlığın başını “iqlim dəyişikliyi” şousu ilə qatmağa başladılar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İnsanlıq əlehinə nə varsa, “iqlim dəyişikliyi” ilə mübarizə adı altında həyata keçirməyə başladılar – zavorlar bağlandı, istehsal azaldı, mal-qaralara qarşı “səlib yürüşü” təşkil edildi, insan sayının azaldılması təbliğ və təşviq edilməyə başlanıldı.
Dövlətlərin apardığı bu anti-insanı siyasətdə “aktivistlər” ciddi rol oynayırdılar, dünyanın hər yerində savadsız, düşüncəsiz “gretatunbergləri” tapıb, onlara böyük vəsait xərcləyərək öz iyrənc siyasətlərini həyata keçirirdilər. Bütün bunlar həm də ciddi ekoloji problemləri diqqətdən kənarda saxlamağa xidmət edirdi – çünki, ekoloji problemlərin həlli insan ömrünü uzadardı, bu “liboş-sola” isə insan lazım deyil.
USAID və digər böyük sponsor fondlar bağlanan, ya da, zəifləyən, maliyyəsi kəsilən kimi “aktivistlər” də buxarlandı, səsləri batdı.
Bu gün Rusiyanın işğalçı müharibəsi, Ukraynanın öznü qorumaq üçün verdiyi kəskin cavablar ekologi fəlakətlar yaradır, İran və körfəzdə baş verənlər, partlayan bombalar, vurulan neft tankerləri, zəhərlənən dənizlər və su hövzələri, çirklənən hava – bütün bunlar ciddi ekoloji problemlər doğurur. Amma, nədənsə, dünyada “liboş-sol” media bunları görmür, “aktivistlər” isə, “iqlim dəyişir” deyib yaxa cırmırlar. Çünki, onlar ideoloji deyildilər, sadəcə alət idilər – pulları ödənilən alət.
Bu gün Ukraynada partlayan bombalar, dağıdılan yaşayış yerləri, su anbarları, yanıb külə dönən meşələr, ekoloji fəlakətdir – cavab olaraq Ukraynanın haqlı addımları, Rusiya neftayırma zavodlarını dağıtması, Azov və Qara dənizdə 40-a yaxın neft-mazut dolu gəmiləri vurub-batırması havanı çirkləndirir, dənizləri öldürür. Amma, nədənsə, dünənə qədər ekologiya, iqlim deyib hayqıran “gretathunberglər” buna etiraz etmir, sinələrinə döymürlər, sülh üçün çalışmırlar.
Dünyanın yenidən format olunması “sivil toplum” sektorunu da dəyişir-dəyişəcək. ABŞ, AB ölkələri daha belə qeyri-effektiv və bahalı alətdən istifadə etmək istəmir, çünki, bu alətin əsas funksiyalarından biri cəmiyyətlərdə “fikir mühəndisliyi” idi – müsar dünyada bu rolu daha ucuz və effektiv “süni inttellekt” həyata keçirir-keçirəcək. Ona görə də, sivil toplum öz orqanik ayarlarına geri dönməli, vətəndaş cəmiyyəti VƏTƏNDAŞLARIN iştirakçılığını təmin etməlidir – daha sekta kimi dar çevrəyə xidmət etməməlidir. Vətəndaş Cəmiyyəti könül işi olmalı, vətəndaş öz vaxtını, öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir.
Bu günə qədər olan formatda yalançı "vətəndaş cəmiyyəti" var idi, amma prosesin özündə vətəndaş yox idi. Belə..."
Geri qayıt |