Əsas Səhifə > Güney Press > Bakı-Vaşinqton xəttində yeni mərhələ:
Bakı-Vaşinqton xəttində yeni mərhələ:Bu gün, 13:35 |
|
2025-ci ilin avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüş Bakıda konkret iqtisadi nəticələrə çevrilir. Azərbaycanla ABŞ arasında son bir ildə sürətlənən strateji tərəfdaşlıq artıq yalnız siyasi və enerji əməkdaşlığı ilə məhdudlaşmır. İki ölkə arasında iqtisadi əlaqələrin şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yüksək texnologiyaların və süni intellektin tətbiqi istiqamətində atılan addımlar münasibətlərin yeni məzmun qazandığını göstərir. Xüsusilə ABŞ-a qeyri-neft ixracının artması və milyardlarla dollar həcmində müqavilələrin imzalanması Bakı ilə Vaşinqton arasındakı tərəfdaşlığın iqtisadi müstəvidə də yeni səviyyəyə yüksəldiyini ortaya qoyur. Musavat.com bildirir ki, millət vəkili, iqtisadçı alim Vüqar Bayramov strateji tərəfdaşlığın Azərbaycanın ABŞ-a ixracının artmasına da mühüm təsir göstərdiyini deyib. Onun sözlərinə görə, 2026-cı ilin ilk 5 ayında Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb: "Bu dövrdə ölkəmiz ABŞ bazarına 43,1 milyon dollar dəyərində məhsul ixrac edib. ABŞ-a ixrac etdiyimiz məhsulların 90 faizi qeyri neft-qaz məhsullarıdır. Bu isə ABŞ-nın Azərbaycanın qeyri neft-qaz ixracatında yeni bazarlardan birinə çevrilməsi deməkdir". Millət vəkili hesab edir ki, iki ölkə arasında iqtisadi dialoq çərçivəsində imzalanan 7,5 milyard dollar dəyərində müqavilələr də əməkdaşlığın miqyasının əhəmiyyətli şəkildə genişləndiyini göstərən əsas göstəricilərdən biridir: "Bu əməkdaşlıq Azərbaycanda süni intelekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzlanan müqavilələlər və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək". Deputat vurğulayıb ki, belə əməkdaşlıq təkcə texnologiyaların Azərbaycana gətirilməsi baxımından deyil, həm də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya ekosisteminin gücləndirilməsi və yeni iqtisadi imkanların formalaşdırılması baxımından əhəmiyyətlidir. Geri qayıt |