Əsas Səhifə > Güney Press > Maliyyə Nazirliyi bu il dövlət qurumlarında
Maliyyə Nazirliyi bu il dövlət qurumlarındaBu gün, 12:32 |
|
Maliyyə Nazirliyinin yoxlama apardığı hər 5 təşkilatdan 3-nün sənədləri hüquq mühafizə orqanlarına göndərilir. FED.az xəbər verir ki, Maliyyə Nazirliyi 2026-cı ilin ilk 6 ayında həyata keçirdiyi yoxlama nəzarət tədbirləri barədə məlumat yayıb. Nazirliyin yaydığı məlumata görə, bu ilin yanvar-iyun aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 83 təşkilatda nəzarət tədbirləri başa çatdırılıb. Nazirlik bildirib ki, yoxlama (nəzarət tədbirləri) başa çatdırılmış təşkilatlardan 51-də yoxlamalar hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-də isə plandankənar yoxlamalar çərçivəsində aparılıb. Hesabat dövründə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat məbləğində vəsaitin bərpası təmin edilib. Geri qayıt |