Əsas Səhifə > Güney Press > Ermənistanda qalmaqallı həbs
Ermənistanda qalmaqallı həbsBu gün, 12:26 |
|
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin keçmiş üzvü, Artaşat şəhərinin meri işləmiş Arqam Abrahamyanı saxlayıb. Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Ona qarşı sifarişli qətl ittihamı ilə iş açılıb. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, işin təfərrüatları İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə aydınlaşdırılır. Müstəntiqlərin sözlərinə görə, 30 aprel 2023-cü ildə Arqamın mühafizəçisi Myasnikyan prospektindəki yaşayış binasının girişinin yaxınlığında S.V.-ni odlu silahla vuraraq öldürüb. Daha sonra ona qarşı cinayət işi açılıb və 2024-cü ildə iş ittiham aktı ilə məhkəməyə göndərilib. İndi isə Abramyana qarşı həmin hadisə üzrə sifarişli qətl törətməyə təhrik etmə maddəsi ilə iş açılıb.Müstəntiqlər onun həbsi üçün məhkəməyə müraciət edəcəklər. Qeyd edək ki, Arqam Ermənistanın keçmiş parlament sədri və baş naziri olmuş Ovik Abrahamyanın oğludur. Arqam həmçinin məşhur biznesmen və siyasətçi Qaqik Çarukyanın kürəkənidir. Çarukyan isə bir müddət öncə qalmaqallı şəkildə villasında saxlanılmışdı. Geri qayıt |