Əsas Səhifə > Güney Press > “Fazil Mustafa saytların dost siyahısındadır”
“Fazil Mustafa saytların dost siyahısındadır”Bu gün, 12:15 |
|
Jurnalist Ləman Ələşrəfqızı deputat Fazil Mustafanın verdiyi müsahibənin bir sıra saytlarda geniş şəkildə yayımlanmasına münasibət bildirib. Gununsesi.info xəbər verir ki, o, sosial şəbəkədəki paylaşımında müsahibənin bəzi saytlar tərəfindən “hadisə” kimi təqdim edilməsini tənqid edib. “Fazil Mustafa müsahibə verib, saytlar part-a-part tirajlayır. Adını da belə qoyublar: hadisə kimi müsahibə. Oxudum, heç bir hadisə-zad yoxdur. Amma saytların iç üzü açıldı. Məlum oldu ki, deputatın bu saytların əksəriyyətinə təsir imkanları var. Başqa sözlə, Fazil Mustafa saytların dost siyahısındadır”, – deyə jurnalist qeyd edib. L.Ələşrəfqızı həmçinin bəzi həmkarlarının müəyyən media nümayəndələrini “düşmən” elan etdiyini bildirib. “Həmkarlarımız bizi də düşmən bəlirləyiblər yəqin. Eybi yoxdur, mənim adi Facebook səhifəm sizin mənəm-mənəm deyən saytınızdan daha güclüdür”, – deyə o yazıb. Jurnalist daha sonra media nümayəndələrinin tiktokerlərə münasibətinə də toxunub və həmrəyliyin yalnız müəyyən hallarda nümayiş etdirilməsini tənqid edib. “Amma sonra çıxıb tiktokerlərin həmrəyliyindən-zaddan danışmayın. Keçən dəfə Arzum adlı tiktokerin məhkəməsinə az qala yürüş olmuşdu və həmkarlarımızdan çoxu bunu həzm edə bilmirdi”, – deyə Ləman Ələşrəfqızı bildirib. Geri qayıt |