Əsas Səhifə > Güney Press > II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilirBu gün, 16:49 |
|
Ermənistanda bütün ermənilərin katolikosu II Qaregin və altı yepiskopa qarşı iş üzrə birinci məhkəmə iclası başlayıb. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. İclas qapalı rejimdə keçiriləcək. Ümumi yurisdiksiya məhkəməsinin hakimi Akop Manukyan qərara alıb ki, iclas qapalı rejimdə davam edəcək. Onun sözlərinə görə, məhkəmə şəxsi həyatla bağlı məsələni müzakirə etmək niyyətindədir, buna görə də bunun kənar şəxslərin iştirakı olmadan baş tutmasını məqsədəuyğun hesab edir. Qeyd olunur ki, katolikos iclasda şəxsən iştirak etmək qərarına gəlib və altı yepiskopun müşayiəti ilə məhkəmə binasına gəlib. Geri qayıt |