Əsas Səhifə > Güney Press > Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib

Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib


Bu gün, 15:40

Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 90 min 821 ədəd ikitəkərli və digər növ mühərriksiz velosipedlər idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan velosipedlərin ümumi gömrük dəyəri 3 milyon 275,7 min dollar (5 milyon 568,69 min manat) təşkil edib.
Qeyd edək ki, bu il idxal olunan velosipedlərin 1 ədədinin orta gömrük dəyəri 36,1 dollar (61,3 manat) olub.
Velosipedlər Azərbaycana aşağıdakı ölkələrdən idxal edilib:
Çin – 89 min 820 ədəd (1 ədədin orta gömrük dəyəri 58,7 manat);
Rusiya – 658 ədəd (302,4 manat);
Almaniya – 190 ədəd (159 manat);
İran – 60 ədəd (11 manat);
Tayvan – 35 ədəd (1 137 manat);
Banqladeş – 21 ədəd (382,4 manat);
İtaliya – 6 ədəd (260,7 manat);
Portuqaliya – 10 ədəd (627,3 manat);
Rumıniya – 8 ədəd (357 manat);
Türkiyə – 3 ədəd (85 manat);
Böyük Britaniya – 3 ədəd (425 manat);
Niderland – 3 ədəd (175,7 manat);
Polşa – 2 ədəd (323 manat);
Ukrayna – 1 ədəd (17 manat);
Bolqarıstan – 1 ədəd (170 manat).


Məlumat üçün onu da bildirək ki, bu ilin iyun ayında Azərbaycanda satılan velosipedlərin bir ədədinin orta pərakəndə satış qiyməti 226 manat olub.


Geri qayıt