Əsas Səhifə > Güney Press > Dövlət qurumu iki şirkətdən geyim alır
Dövlət qurumu iki şirkətdən geyim alırBu gün, 15:35 |
|
Dövlət Mühafizə Xidməti (VÖEN: 1703026891) hərbi trikotaj geyimlərin satın alınması ilə bağlı tenderi yekunlaşdırıb. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “Black Rams Uniform” MMC (VÖEN: 2905005621) olub. Tərəflər arasında 48 min 176 manatlıq müqavilə imzalanıb. Qurumun digər xüsusi iş geyimlərinin satın alınması ilə bağlı tenderinin qalibi “Günteks” MMC (VÖEN: 0701428371) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 20 min 337 manat təşkil edib. Qeyd edək ki, “Black Rams Uniform” MMC 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Qaraxanı Elgiz Fəxrəddin oğludur. “Günteks” MMC isə 2024-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Musayeva Günel Arif qızıdır. Geri qayıt |