Əsas Səhifə > Güney Press > "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir"
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir"Bu gün, 14:50 |
|
Yazıçı Murad Köhnəqala son vaxtlar Şah İsmayıl ətrafında aparılan müzakirələrlə bağlı fikirlərini bölüşüb. Gununsesi.info-nun xəbərinə görə o, bildirib ki, son dövrlər qabardılan Şah İsmayıl mövzusu İranın sifarişi ilə gündəmə gətirilir. Yazıçının sözlərinə görə, məqsəd Sultan Səlimlə Şah İsmayıl arasındakı tarixi qarşıdurmanı yenidən aktuallaşdırmaq, bunun fonunda isə indiki Türkiyə ilə Güney və Quzey Azərbaycan arasında qarşıdurma və düşmənçilik yaratmaqdır. Murad Köhnəqala bildirib ki, bu mövzuya həm bilərəkdən, həm də bilməyərəkdən qoşulanlar var. Yazıçı hər iki tərəfə müraciət edərək bu mübahisələrin dayandırılmasına çağırış edib”. Hər iki tərəfə, bu ziyanlı mübahisəni dayandırın”, – deyə Murad Köhnəqala paylaşımında vurğulayıb. Geri qayıt |