Əsas Səhifə > Güney Press > "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir"
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir"Bu gün, 12:27 |
|
Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. Deputatın “Şah İsmayıl” ordeninin ləğv edilməsini təklif etməsi cəmiyyətdə ciddi narazılıq doğurub.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı Fazil Mustafanın mövqeyini kəskin tənqid edib. O bildirib ki, tarixi şəxsiyyətlər haqqında hökm vermək üçün ciddi elmi hazırlıq və faktoloji baza tələb olunur.
Akif Nağı deputatın müxtəlif sahələr üzrə iddialı fikirlər səsləndirməsini də doğru hesab etmədiyini bildirib:
Partiya sədri Fazil Mustafanın parlamentin Mədəniyyət komitəsinə rəhbərlik etməsini də qəbuledilməz saydığını vurğulayıb:
Akif Nağının sözlərinə görə, Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər İran daxilindəki müəyyən şovinist dairələrin yanaşması ilə üst-üstə düşür.
Partiya sədri hesab edir ki, məsələ dövlət səviyyəsində də qiymətləndirilməlidir.
Qeyd edək ki, Şah İsmayıl Xətai ilə bağlı müzakirələr uzun illərdir elmi və ictimai dairələrdə davam edir. Lakin bu dəfə polemikanın əsas səbəbi tarixi şəxsiyyətə münasibətdən daha çox, onun adını daşıyan dövlət ordeninin ləğv edilməsinin təklif olunmasıdır. İctimaiyyət isə haqlı olaraq sual edir: Azərbaycanın tarixi və mədəni irsinin qorunmasına cavabdeh parlament komitəsinin rəhbəri belə bir təklifi hansı tarixi, hüquqi və dövlətçilik arqumentlərinə əsaslanaraq irəli sürür? Geri qayıt |