Əsas Səhifə > Güney Press > "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcəkBu gün, 11:29 |
|
Avqustun 31-də, saat 12:00-da Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında olacaq. Yığıncağın gündəliyinə "Legion Financial"ın istiqraz buraxılışı, bu ilin I yarısı üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi daxildir. Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Şirkətin səhmləri Turan İsmayılova (39,64 %), Ramin Süleymanlıya (31,2 %), Rövşən Sultanova (10,23 %), Böyükağa Məmmədova (14,07 %) və Belarus vətəndaşı Kolas Konstantinə (4,86 %) məxsusdur. T.İsmayılov həm də ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir. Geri qayıt |