Əsas Səhifə > Güney Press > Daşnakların Kərki mərəkəsi

Daşnakların Kərki mərəkəsi


Bu gün, 11:04

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası məsələsi aktiv müzakirə olunur.

Tribuna.az xəbər verir ki, bununla bağlı indiyə qədər müəyyən addımlar da atılıb.

Məsələn, Qazax rayonu istiqamətində 4 anklav kəndimiz geri qaytarılıb. Həmin prosesin İran sərhəddinə qədər davam etdirilməsi üçün isə tərəflər arasında danışıqların getdiyini həm Bakı, həm də İrəvan təsdiqləyib.

Lakin daşnaklar bir neçə gündür Ermənistan işğalında olan Kərki kəndi məsələsi ətrafında sözün həqiqi mənasında mərəkə qurublar. “Daşnaksütun” Partiyasının sədri İşxan Saqatelyan bildirib ki, Ermənistan hökuməti Kərki kəndini Azərbaycana geri qaytarmayacağına zəmanət verməlidir. “Kərkinin təhvil verilməyəcəyinə Ermənistan hökuməti zəmanət verə bilərmi? Bu gün Kərki Ermənistan ərazisi kimi nəzərdə tutulur, yoxsa Azərbaycan ərazisi olaraq?”

Daşnaklarla əlbir olan “Haystan” blokundan deputat Anna Qriqoryan isə qeyd edib ki, Kərki kəndinin Ermənistan hökuməti üçün anklav olduğu göz qabağındadır. Onun sözlərinə görə, kənd tezliklə Azərbaycana veriləcək.


Geri qayıt