Əsas Səhifə > Güney Press > “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilibBu gün, 10:54 |
|
Bu ilin yanvar-iyul aylarında “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 158.28 milyon manat təşkil edib. Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir. Ötən ilin eyni dövrlərində investisiya şirkətinin dövriyyəsi 1 milyard 793 milyon manat olub ki, bu da illik müqayisədə 91.2% və ya 11.3 dəfə azalma deməkdir. Bu dövrdə investisiya şirkətinin korporativ istiqrazlar üzrə dövriyyə 11 milyon 136 min manat, repo əməliyyatları üzrə dövriyyə 147 milyon 147 min manat təşkil edib. Əməliyyat sayı isə 142 olub. Geri qayıt |