Əsas Səhifə > Güney Press > Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur?
Rusiya Azərbaycanla bağlı nəyə işarə vurur?Bu gün, 17:19 |
|
“Qafqazdakı vəziyyət İran-ABŞ münaqişəsinin təsiri altında dəyişə bilər və Azərbaycan Ukraynadakı münaqişə də daxil olmaqla mövqeyini dəyişəcək”. “Cebheinfo.az” xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa bildirib. “Lenta.ru”-ya verdiyi müsahibədə o, həmçinin Bakının Kiyevə silah tədarük etməyəcəyini vurğulayıb: "Düşünmürəm ki, Azərbaycan Ukraynaya silah tədarükçüsü olacaq. Düşünürəm ki, yaxın gələcəkdə Qafqazdakı vəziyyət bir qədər dəyişəcək. Bu, ilk növbədə İran-ABŞ münaqişəsindəki inkişaflarla bağlıdır. Onu da düşünürəm ki, Azərbaycan da Ukrayna məsələsində mövqeyini dəyişəcək", - Çepa qeyd edib. Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. O, ukraynalı həmkarı Andriy Sibiha ilə danışıqları məhsuldar adlandırıb. O bildirib ki, Bakı və Kiyev dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlığa malikdir. Geri qayıt |