Əsas Səhifə > Güney Press > Səyyad Əlizadənin oğlu:
Səyyad Əlizadənin oğlu:Bu gün, 15:22 |
|
Bu gün mərhum müğənni Səyyad Əlizadənin doğum günüdür.
Qaynarinfo xəbər verir ki, sənətçinin oğlu Atabəy Əlizadə atası ilə bağlı xatirələrini bölüşərək həyatındakı önəmli hadisələrdən də danışıb:
"Dövlət imtahanından 86 bal toplayaraq ali təhsilimi başa vurdum. Yaxın günlərdə Vətən borcumu yerinə yetirmək üçün hərbi xidmətə yollanacağam”.
Atabəy Əlizadə bildirib ki, hərbi xidmətini başa vurduqdan sonra atasının sənət yolunu davam etdirmək niyyətindədir:
"Kaş bu günlərimdə yanımda olardın, ata...”
Xatırladaq ki, müğənni Səyyad Əlizadə 2021-ci ildə COVID-19 infeksiyasına yoluxduqdan sonra Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi. Səhhəti ağırlaşdığı üçün sentyabrın 17-də Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü. Həkimlərin bütün səylərinə baxmayaraq, sənətçi 30 sentyabr 2021-ci ildə, 63 yaşında COVID-19-dan vəfat edib.
Geri qayıt |