Əsas Səhifə > Güney Press > "Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçibBu gün, 14:36 |
|
Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir. Qalib şirkətə 13 719 manat ödəniləcək. Ötən il bu tenderin qalibi "Xalq Sığorta" ASC olub. Şirkətə 15 989 manat ödənilib. Geri qayıt |