|
Bu ilin ilk yarısında Azərbaycanda tibbi xidmətlərin qiymətlərində artım müşahidə olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, məbləğ baxımından ən böyük qiymət artımı reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidmətlərində qeydə alınıb. Bu xidmətin qiyməti 599,15 manatdan 630,7 manata yüksələrək 31,55 manat və ya 5,27% artıb. İkinci ən böyük artım cərrahiyyə əməliyyatı xidmətlərində qeydə alınıb. Bu xidmət üzrə orta qiymət 1 354,6 manatdan 1 369,63 manata yüksəlib. Beləliklə, qiymət 15 manat və ya 1,1% artıb. Faiz baxımından isə ən çox bahalaşan xidmət də reabilitasiya müəssisələrinin göstərdiyi sanatoriya-sağlamlıq xidməti olub (5,27%). Onu diş çəkilməsi xidməti (3,84%) və terapevt xidmətləri (2,65%) izləyib. Ən aşağı qiymət artımı isə qanın ümumi analizi xidmətində qeydə alınıb. Bu xidmətin qiyməti cəmi 0,03 manat və ya 0,25% artıb. Siyahıda yer alan xidmətlər arasında ucuzlaşan xidmət qeydə alınmayıb. Tibbi xidmətlərin iyun ayındakı qiymətləri və son 6 aydakı artım aşağıdakı kimi olub: Terapevt xidmətləri – 18,98 manat (+2,65%) Oftalmoloq xidmətləri – 23,64 manat (+0,94%) Kardioloq xidmətləri – 21,39 manat (+2,30%) Cərrahiyyə əməliyyatı xidmətləri – 1 369,6 manat (+1,11%) Diş çəkilməsi xidməti – 15,41 manat (+3,84%) Diş müalicəsi xidməti – 39,42 manat (+2,44%) Diş protezi xidmətləri – 277,75 manat (+1,72%) Tibbi müayinə (USM) xidməti – 26,43 manat (+1,42%) Flüoroqrafiya xidmətləri – 20,44 manat (+0,84%) Qanın ümumi analizi xidməti – 12,20 manat (+0,25%) Kompüter tomoqrafiyası xidmətləri – 82,46 manat (+1,18%) Kardioqramma xidməti – 14,64 manat (+0,97%) Orta tibb işçiləri tərəfindən göstərilən xidmətlər – 2,76 manat (+0,73%) Fizioterapiya xidmətləri – 9,43 manat (+1,18%) Masaj xidməti – 12,31 manat (+1,57%) Xəstəxana xidmətləri – 49,61 manat (+0,45%) Reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidməti – 630,71 manat (+5,27%)
Geri qayıt
|