Əsas Səhifə > Güney Press > Vardanyan ətrafında şou yaradanların məqsədi

Vardanyan ətrafında şou yaradanların məqsədi


Bu gün, 12:57

Azərbaycanın qanunlarını pozmuş, sərhədlərimizi qanunsuz keçmiş, terror və digər insanlıq əleyhinə cinayətlərin təşviqini həyata keçirmiş Ruben Vardanyan və Qarabağ separatçılarına verilən cəza tamamilə ədalətlidir. Onlar Azərbaycan ərazisində separatçı qurum, qanunsuz hərbi dəstələr yaratmışdılar.

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Ruben Vardanyanın ölkəmizin ərazisinə qanunsuz daxil olana kimi nə qədər açıq-gilzin fəaliyyəti olubsa, Azərbaycan buna hüquqi qiymət vermir. Onun aldığı cəza birbaşa Azərbaycan ərazisində, dövətimizə, vətəndaşlarımıza qarşı törətdiyi cinayətlərlə bağlıdır.

Bütün bunlara baxmayaraq Azərbaycan hüquqi dövlətdir, Vardanyanın qanunlarımız qarşısında cavab verməsi fonunda zəruri hüquqları qorunur, ona məhbus kimi normal həbs həyatı yaşamaq üçün şərait yaradılır. Görünən isə ondan ibarətdir ki, Vardanyan eyni zamanda beynəlxalq səviyyədə maliyyə fırıldaqçısı imiş. Qısa zamanda milyardlara sahib olması, Rusiya və ondan kənarda böyük maliyyə imkanlarına yiyələnməsi, əlbəttə, ciddi suallar doğururdu. Bunların bir çoxu qeyri-qanuni maliyyə əməliyyatları nəticəsində ofşor zonalarda kölgə iqtisadiyyatının strukturunu qurması nəticəsində gerçəkləşdirilib.

Vardanyan bütün bunları sadəcə pərdələmək üçün özünə fərqli bir “obraz” yaratmışdı. Oğurladığı pulların müəyyən hissəsini özünün “imcini” formalaşdırmağa xərcləmişdi. Yəqin ki, bu pulların bir hissəsi hələ də onun tərəfdarlarındadır. Ona görə Vardanyanın ətrafında siyasi qalmaqal yaratmağa çalışırlar. Ancaq bu alınmır...”

Aydın Mirzəzadənin sözlərinə görə, Ruben Vardanyana yaşadığı və yaxud maliyyə qanunsuzluğu etdiyi ölkələri təmsil edən hüquq-mühafizə orqanlarının kifayət qədər sualları olacaq:

“Digər tərəfdən, hansısa ölkə onun ərazisinə qeyri-qanuni daxil olan, orada hərbi dəstələri maliyyələşdirən, separatçı quruma rəhbərlik edən cinayətkarı cəzasız buraxarmı? Azərbaycan suveren ölkə kimi onu cəzalandırmağı bacarıb. Ona görə də, Vardanyanın xaricdəki təbliğatçılarının apardığı kampaniya sabun köpüyü kimi partladı. Son günlər onun Azərbaycana gələnə qədər hansı maxinasiyalarla məşğul olduğu barəsində çoxsaylı materiallar üzə çıxır.

Çox maraqlıdır ki, Vardanyanın təbliğatçıları özlərini “hüquq-müdafiəçisi”, “demokratiya tərəfdarı” kimi göstərirlər. Belələri ədaləti və demokratiyanı Vardanyanın maliyyə sxemlərində axtarsaydılar, daha düzgün seçim olardı.

Azərbaycan bir dövlət olaraq özünün suverenliyinə və müstəqilliyinə xələl yetirmək istəyən insanlara onların kimliyindən, maddi durumundan, xaricdə necə müdafiə olunmasından asılı olmayaraq heç bir halda güzəştə getməyəcək”.


Geri qayıt