Əsas Səhifə > Güney Press > Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü

Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü


Bu gün, 16:45

Azərbaycanda halal qida üzrə fəaliyyət göstərən şirkətin milyonluq vergi borcu yaranıb.

"DİA-AZ" yurd.media-ya istinadən xəbər verir ki, "Az Halal Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 1 654 min manat vergi borcu yaranıb.

Qeyd edək ki, "Az Halal Qida” 2020-ci ildən fəaliyyət göstərir. Qanuni təmsilçisi Vüsal Abdullayev olan şirkətin nizamnamə kapitalı 50 manatdır.

Hüquqi ünvanı Az1102, Bakı Şəhəri Nəsimi Rayonu, Tbilisi Prospekti , Ev.3007 Məhəllə ünvanıdır.


Geri qayıt