Əsas Səhifə > Güney Press > Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək
Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcəkBu gün, 16:35 |
|
Bir milyonluq “Kəpəz Mehmanxanası” ASC (VÖEN: 2300196221) səhmdarlarının ümumi yığıncağı keçiriləcək. "DİA-AZ" xəbər verir ki, yığıncaq 12 sentyabr 2026-cı ildə, saat 10:00-da Gəncə şəhəri, Cavadxan küçəsi, 1 ünvanında keçiriləcək. Yığıncağın gündəliyinə Cəmiyyətin ləğv edilməsi, Ləğvetmə Komissiyasının yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi, Cəmiyyətin Müşahidə Şurasının, İdarə Heyətinin, Maliyyə-Təftiş Müfəttişinin səlahiyyətlərinə xitam verilməsi, xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərarın qəbul edilməsi və digər məsələlər daxildir. Qeyd edək ki, “Kəpəz Mehmanxanası” ASC 1997-ci ildə yaradılıb. Nizamnamə kapitalı 917 min 284 manat olan ASC-nin qanuni təmsilçisi Əhmədli Elvin Kərim oğludur. Geri qayıt |