Əsas Səhifə > Güney Press > “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb?

“Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb?


Bu gün, 16:32

Xalq artisti İlham Namiq Kamalın adından sosial şəbəkədə Şamaxının Mədrəsə qəsəbəsi ilə bağlı paylaşım edilməsi şübhəsi var.

"DİA-AZ" azxeber.com-a istinadla xəbər verir ki, həmin paylaşımda bu icümlələr yer alıb:

"Şamaxının Mədrəsə qəsəbəsində oldum. Zibilin və mal təzəyinin üfunətli iyindən yaşamaq mümkün deyil. Utanın, ay Şamaxı camaatı!" 

Xalq artisti İlham Namiq Kamal isə həmin paylaşımdan xəbərinin olmadığını deyib.

"Hazırda Bakıda deyiləm. Paylaşımdan xəbərim yoxdur".

Bəs bu paylaşımı sizin adınızdan kim edib sualına isə o belə cavab: "Bilmirəm kim edib".


Geri qayıt