|
Bu ilin ilk yarısında turist kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 551 min 867 nəfər olub. Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə turizm məqsədilə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 8,2% və ya 49 min 210 nəfər azalıb. Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il turizm məqsədilə xaricə gedən azərbaycanlıların 0,9%-i və ya 4 min 935 nəfəri quru yolla ölkəni tərk edib. Quru yolla xaricə gedən azərbaycanlı turistlərin hamısı Gürcüstana səfər edib. Məlumat üçün bildirək ki, 6 illik fasilədən sonra mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı sərnişin qatarı fəaliyyətə başlayıb. Bu isə o deməkdir ki, 26 may–30 iyun tarixləri arasında hər gün orta hesabla 141 azərbaycanlı turist qatarla Gürcüstana səfər edib.
Geri qayıt
|