Əsas Səhifə > Güney Press > Məhəmməd Salah "Trabzonspor" formasını geyindi

Məhəmməd Salah "Trabzonspor" formasını geyindi


Bu gün, 12:57

"Trabzonspor"a transferi üçün daha əvvəl razılığın əldə edildiyi Məhəmməd Salah Türkiyəyə yola düşüb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Misirli ulduzun yerli vaxtla saat 12:30-da İstanbula çatması gözlənilir. Məhəmməd Salah İstanbula endikdən sonra axşam saatlarında Trabzona gedəcək.

"Trabzonspor" üçün Türkiyəyə yollanan Məhəmməd Salahın təyyarədəki ilk görüntüləri klub tərəfindən paylaşılıb. Klubun formasını geyinən Salah "Trabzonspor" azarkeşlərinə ilk mesajını da verib.

"Trabzon. Hazırsan? Sizi eşidirəm. Tezliklə görüşərik. Bizim üçün hər yer Trabzondur", - deyə o bildirib.



Geri qayıt