Əsas Səhifə > Güney Press > Ülvi Qılınca qarşı HAQSIZLIQ:

Ülvi Qılınca qarşı HAQSIZLIQ:


Bu gün, 11:51

“Onlar üfürülmüş hava şarıdır, iynənin ucu dəyən kimi partlayırlar…”

Bunu Yenicag.az-a açıqlamasında müğənni Ülvi Qılınc deyib.

O, sənət yolunda çox haqsızlıqlarla qarşılaşdığını bildirib:

“Sənət aləmində çoxları yolumu kəsib. Rəhmətlik müəllimim professor Elmira Quliyeva həmişə deyirdi ki, oğlum, səsin sənin düşmənindir. O vaxtlar cavan idim, bu sözün mahiyyətini anlamırdım. Deyirdim, Allahım, görəsən müəllimim bu sözlərlə nə demək istəyir? Müəyyən zaman keçəndən, bəlli yaşa dolandan sonra onun nə demək istədiyini başa düşdüm. Bu sənət adamlarının çoxunda, təəssüflər olsun ki, insanlıq yoxdur. İnsanlıqları olsaydı, çox eyiblərinin üstü örtülərdi. Çünki sənəti olan adam sənəti olan adamın yolunu kəsməz, əksinə ona yol açar. Onlar üfürülmüş hava şarıdır, iynənin ucu dəyən kimi partlayırlar. Təkəbbürdən uzaq olsa da, bu səs Allah vergisidir. Hər şey yox olub gedəcək. Onlar da bir gün yox olacaqlar, amma həqiqi sənəti olan adamlar səsləri ilə tarixdə qalacaqlar. Hətta bir mahnı ifa etsələr də belə… Bəli, yolumu kəsənlər çox olub, amma hiss etmişəm ki, mən güclüyəm və onlar qorxaqdırlar deyə bu işi görüblər”.


Geri qayıt