Əsas Səhifə > Güney Press / Ana xəbər > "Azərsu" Qobustanın icra başçısının yalanını çıxardı
"Azərsu" Qobustanın icra başçısının yalanını çıxardı1-07-2014, 16:56 |
![]() Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) 29 iyun sayında Qobustan şəhərində bir qrup sakinin yayın qızmar vaxtında şəhərdə suyun olmamasına etiraz edərək respublika əhəmiyyətli yolu kəsməsi ilə bağlı məlumat dərc etmişdi. Xəbərdən məlum olurdu ki, şəhər sakinləri suyu çox baha qiymətə alırlar. Hadisə yerinə təcili gələn Qobustan İcra Hakimiyyətinin başçısı Adil Məmmədov etiraz edən sakinlərə söz verib ki, yaxın günlərdə su problemi həll olunacaq. Maraqlıdır ki, əgər illər uzunu sakinlərin içməli su problemi həll olunmayıbsa icra başçısı Adil Məmmədov bu problemi bir neçə günə necə həll edə bilər? Bu sualla Qobustan rayon icra hakimiyyəti başçısının birinci müavini Təranə Gülverdiyevaya müraciət etdik. Təranə xanım qafqaznews.org -un müxbirinin sualına “Mən başçının icazəsi olmadan sizinlə danışa bilmərəm”deyərək dəstəyi qapadı. Qobustan şəhər icra nümayəndəsinin müavini Nədibə Bədəlova isə su qıtlığının səbəbinin quraqlıq olduğunu deyərək, bildirdi ki, əgər icra başçısı Adil Məmmədov söz veribsə, deməli yaxın vaxtlarda su problemi həll olunacaq. Ancaq Nədibə xanım problemin necə həll olunacağını bilmədiyini bildirdi. Su probleminə aydınlıq gətirmək üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllıya müraciət etdik. O, bildirdi ki: ”Yaxın günlərdə Qobustan şəhər sakinlərinin su problemini həll etmək sadəcə mümkün deyil”. Mətbuat katibinin sözlərinə görə bunun üçün böyük su anbarları tikilməlidir ki, buna da təxminən 2 il vaxt lazımdır. Deməli, icra başçısının dedikləri quru sözdən başqa bir şey deyil. Su problemi ilə bağlı qafqaznews.org-a münasibət açıqlayan Helsinki Vətəndaş Assambleyasının sədri Arzu Abdullayeva bildirdi ki, iki il gözləmək lazım deyil, vətəndaşların su problemi yaxın vaxtlarda həll olunmalıdır. Geri qayıt |