Əsas Səhifə > Güney Press > “Avtomotoservis“ ASC-nin rəhbərliyi dəyişəcək

“Avtomotoservis“ ASC-nin rəhbərliyi dəyişəcək


Bu gün, 11:08

Sentyabrın 9-da “Avtomotoservis“ ASC-nin səhmdarların təkrar çağırılan ümumi yığıncağının keçiriləcək.

"DİA-AZ" xəbər verir ki, yığıncaqda şirkətin yeni rəhbərliyi yaradılacaq, eləcə də maliyyə əziyyəti araşdırılaraq əmlakı siyahıya alınacaq. Həmçinin “Avtomotoservis“ ASC-nin illik fəaliyyətinin yekunları və dividendlərin bölüşdürülməsi müzakirə ediləcək.

1. Səhmdar cəmiyyətinin idarəetmə orqanının 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. ASC-nin maliyyə vəziyyəti və dividendlərin bölgüsü.

3. Cəmiyyətin balansında olan inventarların təşviq və təsdiq edilməsi.

4. Cəmiyyətin müşahidə şurasının yaradılması, sədrin təyin edilməsi və üzvlərinin seçilməsi.

5. Cəmiyyətin baş direktorunun seçilməsi.

6. Cəmiyyətin audit komitəsinin yaradılması, sədrin təyin edilməsi və üzvlərinin seçilməsi.

7. Cari məsələlər.

Yığıncaq Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 1963-cü məhəllə. ASC-nin inzibati binası, 3-cü mərtəbəsində sentyabrın 9-u 2026-cı ildə keçiriləcək. Əlaqə telefonları - 4656439 (əlavə 13); 0555150074. “Avtomotoservis” ASC-nin baş direktoru - M.Ə.Hüseynli.


Geri qayıt