Əsas Səhifə > Güney Press > “Qazaxıstan səfiri ilə təyyarədə uçdum, onun üçün elə mahnılar oxudum ki, gözləri kəlləsinə çıxdı”
“Qazaxıstan səfiri ilə təyyarədə uçdum, onun üçün elə mahnılar oxudum ki, gözləri kəlləsinə çıxdı”Bu gün, 10:36 |
|
“12 dildə oxuyuram. Mənim oxuduğum repertuarı Azərbaycanda heç kim bilmir. İstəyir xalq artisti olsun, istəyir əməkdar artist olsun, istəyir kim olursa-olsun. Ərəbi, farsı tərtəmiz oxuyuram, hər birinin ləhçəsini də bilirəm. Rusca, ingiliscə, fransızca, ləzgicə, yəhudi və udin dilində, özbəkcə, tacikcə, tatarca oxuyuram. Qazaxıstanın Azərbaycandakı səfiri ilə birlikdə uçmuşam. Onun üçün qazax dilində mahnılar oxumuşam, gözləri kəlləsinə çıxıb”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib.
O daha sonra əlavə edib:
“Mən heç vaxt öz haqqımı tələb edən adam olmamışam. Heç vaxt heç yerdə səsimi başıma atmamışam. Məni özləri axtarıb tapmalıdırlar. Tapmırlarsa cəhənnəmə tapsınlar. Mən durub gedib kiməsə yalvaran, kiminsə qapısında bitən deyiləm ki.. Özləri bilməlidirlər ki, Azərbaycanın bu cür müğənnisi var ki, ölkəmizin başını hər yerdə uca edir. Özləri axtarıb tapmırlarsa, dəyərləndirmirlərsə, mən kimdən nə gözləyim?! Heç kimdən də heç nə gözləmirəm. Heç istəmirəm də. Əlbəttə, mən də istərdim ki, getdiyim ölkələrdə konsertlər verim. Hollandiyada, Niderlandda konsertlər vermişəm. Bu gün mən öz yerimdə deyiləm. Ümumiyyətlə indiyə qədər öz yerimdə heç vaxt olmamışam. Deyinəndə də sosial şəbəkələrdə yazırlar ki, “bu haranın oxuyanı olub?”. Bilənlər də yazır, bilməyənlər də. Adamın bütün əhval-ruhiyyəsini korlayırlar. Etmək istədiyim nələrinsə üstündən də kres çəkirlər. Kimin üçün, nəyə görə edim? Bir şey ki, heç qiymətləndirmirlər”.
Geri qayıt |