Əsas Səhifə > Güney Press > Neft kəskin ucuzlaşdı
Neft kəskin ucuzlaşdıBu gün, 05:48 |
|
ABŞ və İran arasında diplomatik danışıqlarda irəliləyiş əldə olunduğuna dair açıqlamalar qlobal neft bazarlarında qiymətlərin kəskin enməsinə səbəb olub. “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, neft qiymətləri çərşənbə axşamı günü 5 faizdən çox azalaraq son üç həftənin ən aşağı səviyyəsinə düşüb. Buna əsas səbəb kimi İranla bağlı gərginliyin azalacağı və Hörmüz boğazından neft daşımalarının bərpa oluna biləcəyi gözləntiləri göstərilir. “Brent” markalı neftin bir bareli 4,41 dollar və ya 5,3 faiz ucuzlaşaraq, 79,36 dollara, ABŞ-nin Qərbi Texas markalı (WTI) nefti isə 4,57 dollar və ya 5,7 faiz azalaraq, 75,77 dollara düşüb. Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio İran və Omanla Hörmüz boğazından daha çox gəminin keçməsi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş olduğunu açıqlayıb. Lakin o, hələ yekun razılaşmanın əldə edilmədiyini bildirib. ABŞ Maliyyə naziri Skott Bessent isə İranla boğazın yenidən açılması ilə bağlı razılaşmanın yaxın günlərdə əldə oluna biləcəyini qeyd edib. Qətər rəsmiləri də ABŞ və İran arasında gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyini açıqlayıb. Geri qayıt |