Əsas Səhifə > Güney Press > “A4 Ofis” MMC ay ərzində beşnci satınalma müqaviləsini

“A4 Ofis” MMC ay ərzində beşnci satınalma müqaviləsini


Bu gün, 18:12

“A4 Ofis” MMC (VÖEN: 2002760381) “Azərişıq” ASC (VÖEN: 9900069391) ilə termoaktiv örtüklü rulonların satınalınması ilə bağlı 247 min 800 manatlıq satınalma müqaviləsi imzalayıb.

"DİA-AZ" xəbər verir ki, bu, şirkətin bu ay ərzində qalibi olduğu beşinci tenderdir. Digər bir maraqlı məqam isə şirkətin tenderlərə daha aşağı qiymət təklif etməsidir. Məsələn “Azərişığ” bu tender üçün 427 min 750 manat qiymət ehtimal etsə də, şirkət bu qiymətdən 42,1% daha ucuz qiymət təklif edib.

Dövlət satınalmaları haqqında qanunun 35.1.8. maddəsinə görə, təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20%-dən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda şirkət satınalmadan kənarlaşdırıla bilər.

Bu o deməkdir ki, məhsulu alan qurum, şirkətdən şübhələnsə ki, çox aşağı qiymət verib, bu zaman şirkətdən izahat tələb edə və şirkəti satınalmadan kənarlaşdırıla bilər.


Geri qayıt