Əsas Səhifə > Güney Press > 15 gün qazsız qalacaq rayona
15 gün qazsız qalacaq rayonaBu gün, 17:39 |
|
Şəmkir rayonunun bir sıra yaşayış məntəqələrində 15 gün qaz olmayacaq. “Cebheinfo.az” xəbər verir ki, məhdudiyyət avqustun 5-dən 20-dək təmir işləri başa çatanadək davam edəcək. Qazın verilişi Kür qəsəbəsi, S.Vurğun, Mahmudlu, Plankənd, Xuluf, Qapanlı, Yeniabad və Bayramlı kəndlərində dayandırılacaq. 15 gün qazsız qalmaq vətəndaşların büdcəsinə əlavə yük yaradacaq.Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, 15 gün ərzində qaz təchizatının dayandırılması, xüsusilə qazdan həm yemək bişirmək, həm də isti su və digər məişət ehtiyacları üçün istifadə edən ailələrin büdcəsinə əlavə yük yarada bilər: “Vətəndaşlar alternativ olaraq elektrik cihazlarından, maye qaz balonlarından və ya digər enerji mənbələrindən istifadə etməli olduqları üçün elektrik enerjisi sərfiyyatı və məişət xərcləri arta bilər. Ailə üzvlərinin sayından və istifadə vərdişlərindən asılı olaraq, bu əlavə xərc bəzi ailələr üçün ciddi maliyyə yükünə çevrilə bilər. Xüsusilə aşağı gəlirli ailələr bu artımı daha çox hiss edəcəklər. Qazın olmaması səbəbindən yaranan əlavə xərclərin kompensasiya edilməsi nəzəri baxımdan mümkündür, lakin bunun iqtisadi tərəfi daha mürəkkəbdir. Kompensasiya mexanizminin tətbiqi üçün ilk növbədə hər bir abonentin real əlavə xərcinin müəyyənləşdirilməsi lazımdır ki, bu da inzibati baxımdan çətin prosesdir. Bundan əlavə, genişmiqyaslı kompensasiyalar dövlət və ya xidmət göstərən qurum üçün əlavə maliyyə yükü yarada bilər. Əgər qazın verilməsində fasilə əvvəlcədən planlaşdırılmış təmir və ya təhlükəsizlik tədbirləri ilə əlaqədardırsa, kompensasiya məsələsi daha çox sosial dəstək və dövlət siyasəti çərçivəsində qiymətləndirilə bilər”. Ekspert qeyd edib ki, bu halda ünvanlı sosial yardım və ya həssas əhali qruplarına dəstək mexanizmləri ümumi kompensasiyadan daha səmərəli və maliyyə baxımından daha real variant hesab oluna bilər. Geri qayıt |