Əsas Səhifə > Güney Press > Birinin borcuna görə hamının suyunu kəsən komendatdan
Birinin borcuna görə hamının suyunu kəsən komendatdanBu gün, 16:32 |
|
Son vaxtlar sosial şəəbəkələrdə çoxmənzilli yaşayış binalarında komendatlar tərəfindən müxtəlif özbaşınalıq hallarının törədildiyi barədə məsələlər gündəmə gəlir. Belə müraciətlərdən birində bildirilir ki, Xətai rayon, Gəncə prospekti, bina 2942a-da özünü bina sahibi sanan komendantın tapışırığı ilə su kəsilib: “Çoxsaylı şikayətlərə görə 2 saatlıq su verilib, indi yenə komendant status yazıb ki, su kəsiləcək. Komendant pulunu ödəməyən bir neçə sakinə görə hər ay pulu vaxtında ödəyən sakinlər bu istidə susuz qalıb. Bu, planlaşdırılmış işdir. Çünki bazar günüdür, heç bir dövlət qurumu işləmir. Ancaq “Azərsu”nun qaynar xəttinə zəng edə bilirik. Komendant da zənglərə cavab vermir. Bəhanələri də budur ki, motor işləmir. Motor işləmirsə, necə arabir su verə bilirsən? Deməli, özü qəsdən edir. Bu özbaşnalığın öhdəsindən gəlmək üçün zəngdən başqa nələr etmək olar? Zəhmət olmasa, kömək edəsiz. Vəziyyət artıq çox pisdir”. Ümumiyyətlə, komendantın ödəniş etməyənlərə görə bütün binaya cəza tətbiq etmək hüququ varmı? Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, çoxmənzilli binada komendantın belə qərar vermək səlahiyyəti yoxdur: “Hətta həmin komendant orada qanunidirsə belə, yenə də həmin qərarı ən azı binanın mənzil mülkiyyətçilərinin yarıdan çoxunun iştirak etdiyi ümumi yığıncaq verməlidir. İkinci məsələ odur ki, Bakıda binaların 99 faizini qanunsuz komendatlar idarə edirlər. Binada komendantı, ümumiyyətlə, idarəçini mənzil mülkiyyətçilərinin ümumi yığıncağı təyin etməlidir ki, bu da binaların çoxunda yoxdur. Ona görə də ilk növbədə baxmaq lazımdır ki, həmin komendant orada qanunidirmi? Qanuni olsa belə, belə qərarı tək verə bilməz. Belə hallarla üzləşən vətəndaşlar məhkəməyə müraciət edə bilərlər”. Geri qayıt |