|
Bu ilin ilk yarısında turizm məqsədilə Azərbaycana 723 min 222 nəfər əcnəbi səfər edib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-iyun aylarında əcnəbi turistlər Azərbaycanda ümumilikdə 3 milyon 292 min 86 gecə (bir turist orta hesabla 4,5 gecə) keçiriblər. Qeyd edək ki, əcnəbi turistlər Şuşa şəhərində 1 100 gecə keçiriblər. Şuşa şəhərində ən çox gecələyən turistlər Türkiyə vətəndaşları olub. Türkiyə vətəndaşları Şuşada 396 gecə qalıblar. Şuşada gecələyən əcnəbi turistlər ölkələr üzrə aşağıdakı kimi olub: Türkiyə – 396 gecə Rusiya – 79 gecə Ukrayna – 54 gecə Qazaxıstan – 38 gecə Özbəkistan – 32 gecə Türkmənistan – 32 gecə Almaniya – 15 gecə ABŞ – 13 gecə Gürcüstan – 12 gecə İspaniya – 10 gecə Belarus – 8 gecə Moldova – 7 gecə Digər ölkələr – 404 gecə
Geri qayıt
|