Əsas Səhifə > Güney Press / Ana xəbər > Milli qəhrəmanımızın ailəsinə sayğısızlıq rəzalət həddində
Milli qəhrəmanımızın ailəsinə sayğısızlıq rəzalət həddində1-07-2014, 15:54 |
![]() “Təzadlar”ın ötən sayında dərc olunmuş “Milli Qəhrəman Eldar Ağbayevin həyat yoldaşı Prezident İlham Əliyevdən kömək istəyir” başlıqlı və Rəna Hacıyeva: “Mənim şikayətim Müdafiə Nazirliyinin Baş Hərbi Tibb İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin özbaşınalığındandır” yarımbaşlıqlı yazıya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən rəsmi cavab gəldi. Cavab məktubu qəzetin ötən sayında təqdim olunub. Cavabda deyilirdi: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar) polkovnik Rəna Hacıyeva cari ilin aprel ayında Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılıb”. Sabir Əliyev: “Yüksək rütbəli zabitlər hər gün mənə təzyiq edirlər ki, niyə Milli Qəhərəman eldar ağayevin həyat yoldaşı Rəna Hacıyevanın xeyrinə imza atmısan?” Ötən yazıda qeyd etdiyimiz kimi, Milli Qəhrəman Eldar Ağayevin həyat yoldaşı, tibb xidməti polkovniki Rəna Hacıyevanın xeyrinə müraciətə imza atdığına görə təzyiqə məruz qalan Əliyev Sabir Əlyar oğlu redaksiyamıza şikayət məktubu göndərib. Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanlı müraciətində Əliyev Sabir Əlyar oğlu yazır: Hörmətli cənab Prezident! Mən şəhid ailəsiyəm, hərbi təqaüdçü olaraq Sizə müraciət edirəm ki, hal-hızırda Müdafiə Nazirliyinin 629 saylı hərbi hospitalında farmaseft işləyirəm. Yuxarı komandanlıq tərəfindən məni hər gün iş yerində əsəbləşdirirlər. O yerə gəlib çıxıb ki, özümə qəsd etmək qərarına gəlmişəm. Mənə deyirlər ki, Milli Qəhrəmanımız polkovnik Eldar Ağayevin həyat yoldaşı, polkovnik Rəna xanım Hacıyevanın xeyrinə niyə imza atmışan? Halbuki mən Azərbaycan ordusunda yeganə xanım polkovnik olan R.Hacıyevanın əsassız olaraq işdən çıxarılmasını, general Natiq Əliyevin sifarişi ilə onun sonradan yoxlamalara məruz qaldığını bilirəm. İndi də məni məcbur edirlər ki, ərizəmi yazıb işdən çıxım. Xahiş edirəm, lazımi tədbirlər görülməsi üçün Müdafiə Nazirliy rəhbərliyinə göstəriş verəsiniz. Redaksiyadan: dünən adı çəkilən şikayət məktubu Ali Baş Komandan İlham Əliyevin, Müdafiə Nazirliyinin, həmçinin Prezident Administrasiyasının elektron poçtuna göndərildi. Şikayəti diqqətdə saxlayacağıq. Geri qayıt |