Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputatdan kartdan-karta qərarına ETİRAZ

Deputatdan kartdan-karta qərarına ETİRAZ


Bu gün, 12:12

Kartdan-karta ödənişlərlə bağlı limitin tətbiq edilməsi böyük işlətmələr üçün ciddi problemlər yaradacaq.

Bu sözləri Tribuna.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. O qeyd edib ki, limit qoyularkən bunun nələrə səbəb olacağı da nəzərə alınmalıdır:

“Bu, hər halda müəyyən zəruri tədbirlər görmək məqsədilə edilir, məsələn, vergi sisteminin müəyyən dərəcədə çalışması üçün.

Ancaq bunun digər tərəfinə də baxılmalıdır. Çünki limitim tətbiqi nağd pulun dövriyyəsinin daha da yayğınlaşmasına səbəb ola bilər. Bu da əksinə, qazanc əldə etmək yerinə müəyyən problemlər yarada bilər. Əhali də daha çox ona yönələ bilər. Çünki biz hələ yeni-yeni nağdsız ödənişlərə keçmişik və karta marağı artırmaq lazımdır.

Bu qərar ola bilər kiçik işlətmələr, fiziki şəxslər üçün böyük problem yaratmaz bəlkə də. Amma böyük işlətmələr üçün operativlik baxımından ciddi problemlər yaradacaq.

Ona görə də hesab edirəm ki, qoyulan limitlə bağlı qərarı hər tərəfli araşdırıb analiz etmək daha məntiqli olardı”.


Geri qayıt