Əsas Səhifə > Güney Press > Paşinyan Simonyana “yox” deyib
Paşinyan Simonyana “yox” deyibBu gün, 11:59 |
|
Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan Nikol Paşinyandan Baş nazirin müavini və ya Böyük Britaniyadakı səfir vəzifəsini istəyib. “AzPolitika” xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb. Lakin Paşinyanın Simonyanın istəyini rədd etdiyi bildirilir. Ermənistan mediasının məlumatına görə, hakim Vətəndaş Müqaviləsi Partiyası hazırda parlamentdə hansı əsas daimi komitələri saxlayıb, hansıları isə müxalifətə güzəştə gedəcəyini müzakirə edir. Digər məlumata görə, Ermənistan hakimiyyəti Moskvadan daha "sərt təsir alətlərindən" istifadə etmək niyyəti ilə bağlı siqnallar alıb. Bu, xüsusilə də Paşinyanın Vladimir Putinlə telefon danışığından sonra məlum olub. Erməni mediasının yazdığına görə, Qərb tərəfdaşları Nikol Paşinyana bununla bağlı "panikaya düşməməyi" məsləhət görüblər. Məlumatda həmçinin qeyd edilir ki, hakim dairələr Paşinyanın müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri, oliqarx Qaqik Tsarukyanın bizneslərini, əmlakını milliləşdirmək və müsadirə etməklə bağlı sərt tədbirlərini müzakirə edirlər. Geri qayıt |