Əsas Səhifə > Güney Press > Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür

Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür


Bu gün, 11:33

Dünyada qlobal kənd təsərrüfatı istehsalının illik dəyəri 5,2 trilyon dollara çatıb.
Yeniavaz.com
xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən, Çin 1,9 trilyon dollarlıq kənd təsərrüfatı istehsalı ilə dünya üzrə ilk yerdə qərarlaşıb.
Bu göstərici qlobal istehsalın 35,6 faizini təşkil edir. Çinin kənd təsərrüfatı istehsalının həcmi hətta ikinci, üçüncü və dördüncü pillələrdə qərarlaşan Hindistan, ABŞ və Braziliyanın birlikdə istehsalından da çoxdur.
Məlumata görə, Çin, Hindistan, ABŞ və Braziliya birlikdə dünya kənd təsərrüfatı istehsalının 59 faizini formalaşdırır. Çin və Hindistan böyük əhali sayına görə ilk sıralara yüksəlib. ABŞ yüksək texnologiya və məhsuldarlıq hesabına ön sıralarda yer alır, Braziliya isə ixracyönümlü aqrobiznes modeli ilə seçilir.
Avropada isə kənd təsərrüfatı istehsalı bir neçə böyük iqtisadiyyat arasında bölüşdürülüb. Rusiya taxıl istehsalı və ixracında regionun aparıcı ölkəsidir. Fransa, Almaniya, İtaliya və İspaniya isə şərab, süd məhsulları və zeytun yağı kimi yüksək əlavə dəyərə malik məhsullar üzrə ixtisaslaşıb.
Mütəxəssislər bildirirlər ki, dünyanın yaşayış üçün yararlı torpaqlarının təxminən yarısını əhatə edən kənd təsərrüfatı qlobal ərzaq təhlükəsizliyi, beynəlxalq ticarət və kənd iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalır.
Dünyada kənd təsərrüfatı istehsalının 90 faizinə sahib olan 40 ölkə aşağıdakı kimi olub:
Çin - 1,9 trilyon dollar (35,6%)
Hindistan - 573 milyard dollar (10,9%)
ABŞ - 451 milyard dollar (8,6%)
Braziliya - 204 milyard dollar (3,9%)
İndoneziya - 145 milyard dollar (2,8%)
Türkiyə - 92 milyard dollar (1,8%)
Rusiya - 87 milyard dollar (1,7%)
Yaponiya - 86 milyard dollar (1,7%)
Fransa - 82 milyard dollar (1,6%)
Meksika - 77 milyard dollar (1,5%)
Pakistan - 75 milyard dollar (1,4%)
İspaniya - 64 milyard dollar (1,2%)
Almaniya - 60 milyard dollar (1,2%)
Kanada - 58 milyard dollar (1,1%)
İtaliya - 56 milyard dollar (1,1%)
Vyetnam - 56 milyard dollar (1,1%)
Avstraliya - 56 milyard dollar (1,1%)
Kolumbiya - 53 milyard dollar (1,0%)
Tayland - 48 milyard dollar (0,9%)
Cənubi Koreya - 41 milyard dollar (0,8%)
Misir - 39 milyard dollar (0,8%)
Böyük Britaniya - 35 milyard dollar (0,7%)
Filippinlər - 35 milyard dollar (0,7%)
Banqladeş - 34 milyard dollar (0,6%)
Polşa - 34 milyard dollar (0,6%)
Əlcəzair - 31 milyard dollar (0,6%)
İran - 31 milyard dollar (0,6%)
Ukrayna - 29 milyard dollar (0,6%)
Malayziya - 29 milyard dollar (0,5%)
Cənubi Afrika - 26 milyard dollar (0,5%)
Niderland - 22 milyard dollar (0,4%)
Səudiyyə Ərəbistanı - 22 milyard dollar (0,4%)
Keniya - 22 milyard dollar (0,4%)
Peru - 22 milyard dollar (0,4%)
Yunanıstan - 19 milyard dollar (0,4%)
Kotdivuar - 19 milyard dollar (0,4%)
Özbəkistan - 18 milyard dollar (0,4%)
Yeni Zelandiya - 17 milyard dollar (0,3%)
Mərakeş - 17 milyard dollar (0,3%)
Kamboca - 17 milyard dollar (0,3%)


Geri qayıt